“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 138 nömrəli Qərarı

"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 606 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


                                                                                                         Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 13 iyun 2008-ci il
№ 138


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 13 iyun tarixli 138 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR


Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında

                                                                                ƏSASNAMƏ

                                                                       I. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Əsasnamə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 606 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
1.2. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılır və fəaliyyət göstərir.
1.3. Sosial adaptasiya mərkəzi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, digər müvafiq posts aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
1.4. Sosial adaptasiya mərkəzi qeyri-kommersiya qurumudur.
1.5. Sosial adaptasiya mərkəzi müstəqil balansı, xəzinə hesabları, üzərində Dövlət gerbinin təsviri, Azərbaycan və ingilis dillərində adı yazılmış möhürü, ştampı, blankları və digər atributları olan hüquqi şəxsdir.
1.6. Sosial adaptasiya mərkəzi sanitar-gigiyenik, yanğından mühafizə, təhlükəsizlik texnikası və bütün kommunal şəraiti olan binalarda yerləşməlidir.
1.7. Sosial adaptasiya mərkəzlərinin saxlanma xərcləri dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün funksional təsnifatın müvafiq bölməsi üzrə təsdiq edilmiş xərclərin tərkibində nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.
1.8. Sosial adaptasiya mərkəzinin fəaliyyətinin maliyyələşdirilməsi, habelə bələdiyyə vəsaitləri, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də postslə qadağan olunmayan digər vəsaitlər hesabına həyata keçirilə bilər.

II. SOSİAL ADAPTASİYA MƏRKƏZİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

2.1. Sosial adaptasiya mərkəzinin hüquqları aşağıdakılardır:
2.1.1. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial müdafiəsinə dair normativ hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsində və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial müdafiəsi sisteminin təkmilləşdirilməsi tədbirlərində öz səlahiyyətləri çərçivəsində iştirak etmək;
2.1.2. könüllülük əsasında vəsait cəlb edilməsi üçün kütləvi informasiya vasitələrində təbliğat aparılmasını, daxil olmuş vəsaitin təyinatı üzrə bölüşdürülməsini həyata keçirmək;
2.1.3. öz vəzifələrinə uyğun olaraq ölkədə və xaricdə seminarlarda və digər tədbirlərdə iştirak etmək;
2.1.4. hüquqi və fiziki şəxslərlə qanunvericiliyə uyğun münasibətlər qurmaq.
2.2. Sosial adaptasiya mərkəzinin əsas vəzifəsi Azərbaycan Respublikasında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı digər işləri öz səlahiyyətləri daxilində təmin etməkdən ibarətdir.
2.3. Sosial adaptasiya mərkəzi ona həvalə olunmuş vəzifələri həyata keçirərkən, dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq edir və fəaliyyətinin məqsədi haqqında müvafiq məlumatlar verir.
2.4. Sosial adaptasiya mərkəzi aşağıdakı vəzifələri yerinə yetirir:
2.4.1. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq aparılan, sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxslərin qeydiyyatında iştirak edir;
2.4.2. cəza çəkməkdən azad edilmiş şəxslərin sosial, tibbi və peşə adaptasiyası ilə bağlı metodiki vəsaitlər hazırlayır;
2.4.3. cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya potensialını müəyyən edir;
2.4.4. cəza çəkməkdən azad edilmiş şəxslərə şəxsiyyətini təsdiq edən və digər sənədlərlə təmin olunmasına yardım edir;
2.4.5. cəza çəkməkdən azad edilmiş şəxslərin müalicə profilaktika müəssisələrinə göndərilməsini təşkil edir;
2.4.6. cəza çəkməkdən azad edilmiş şəxslərin orta peşə-ixtisas və texniki-peşə təhsili, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsilə peşələrə yiyələnməsinə yardım edir;
2.4.7. cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirir;
2.4.8. cəza çəkməkdən azad edilmiş qadınların himayəsində olan 14 yaşına çatmamış uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə və ya internat məktəblərinə yerləşdirilməsinə yardım edir;
2.4.9. cəza çəkməkdən azad edilmiş şəxsləri gün ərzində bir dəfədən az olmamaq şərtilə pulsuz isti yeməklə təmin edir;
2.4.10. cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımının göstərilməsini təşkil edir;
2.4.11. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onların internat məktəblərinə göndərilməsinə və sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələrinin verilməsinə yardım edir.

III. PENİTENSİAR MÜƏSSİSƏLƏRDƏ CƏZA ÇƏKMƏKDƏN AZAD EDİLMİŞ ŞƏXSLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

3.1. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası onların razılığı əsasında aparılır.
Bu şəxslər öz imkanları daxilində adaptasiyanın hazırlanması, təşkil edilməsi və keçirilməsi üçün lazım olan düzgün və tam məlumat verməyə, eləcə də fərdi sosial adaptasiya planlarında nəzərdə tutulan adaptasiya rejiminə riayət etməyə borcludurlar.
3.2. Sosial adaptasiya mərkəzində adaptasiya keçənlərin hüquq və vəzifələri mərkəzin nizamnaməsi ilə müəyyən edilir.

IV. SOSİAL ADAPTASİYA MƏRKƏZİNDƏ İŞİN TƏŞKİLİ QAYDALARI

4.1. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının həyata keçirilməsi məqsədi ilə hər bir şəxs üçün razılaşdırılmış fərdi sosial adaptasiya planı tərtib edilir.
4.2. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayan şəxslər üçün fərdi sosial adaptasiya planlarının tərtib edilməsi "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları nəzərə alınmaqla həyata keçirilir.
4.3. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının əsas istiqamətləri aşağıdakılardır:
4.3.1. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqlarının bərpa edilməsi üçün hüquqi yardımın göstərilməsi;
4.3.2. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə və onların ailələrinə alınmış psixoloji travmanın aradan qaldırılması məqsədi ilə psixoloji yardımların göstərilməsi;
4.3.3. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin tibbi və psixoloji adaptasiyasının təmin edilməsi üçün müvafiq orqanlara müraciət edilməsi.
4.4. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin fərdi sosial adaptasiya planları sosial adaptasiya mərkəzi tərəfindən müəyyən edilir.
4.5. Fərdi sosial adaptasiya planına postslə müəyyən edilmiş insan və vətəndaş hüquqlarını hər hansı formada məhdudlaşdıran, yaxud cəza çəkməkdən azad edilmiş şəxslərin iradəsinə zidd tədbirlərin daxil edilməsi yolverilməzdir.
4.6. Sosial adaptasiya mərkəzində fərdi sosial adaptasiya planına daxil olan proqramların uçotu xüsusi jurnallarda aparılır. Bu jurnalda proqramları aparan məsul şəxs sosial adaptasiya mərkəzinə daxil olmuş penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər haqqında aşağıdakı məlumatları daxil edir:
4.6.1. adı, soyadı, atasının adı;
4.6.2. doğulduğu gün, ay, il və yer;
4.6.3. yaşadığı ünvan;
4.6.4. sosial adaptasiya mərkəzində uçota götürüldüyü tarix;
4.6.5. məşğələ proqramlarının profili;
4.6.6. məşğələ proqramlarının başlanması, qurtarması və saatların miqdarı.
4.7. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərlə keçirilmiş mövzular həmin jurnalda qeyd edilir.
4.8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini təmin edirlər.

V. SOSİAL ADAPTASİYA MƏRKƏZİNİN STRUKTURU VƏ İDARƏ OLUNMASI

5.1. Sosial adaptasiya mərkəzi Azərbaycan Respublikasının qanunvericiliyinə və mərkəzin nizamnaməsinə uyğun olaraq idarə edilir.
5.2. Sosial adaptasiya mərkəzinin strukturu və işçilərinin sayı cəza çəkməkdən azad edilmiş və manevr fondu yaşayış sahəsi ilə təmin edilməli şəxslərin sayından asılı olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
5.3. Sosial adaptasiya mərkəzinə direktor rəhbərlik edir. Sosial adaptasiya mərkəzinin direktoru ali ixtisas təhsilinə və müvafiq sahədə 5 ildən az olmayan iş stajına malik olmalıdır.
5.4. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri sosial adaptasiya mərkəzinin direktorunu təyin və işdən azad edir.
5.5. Sosial adaptasiya mərkəzinin direktoru aşağıdakıları həyata keçirir:
5.5.1. sosial adaptasiya mərkəzinin işini təşkil edir və onun fəaliyyəti üçün məsuliyyət daşıyır;
5.5.2. öz səlahiyyətləri daxilində sosial adaptasiya mərkəzinin cari fəaliyyətinə aid məsələlər üzrə əmr və sərəncamlar verir;
5.5.3. əmək qanunvericiliyinə uyğun olaraq əmək müqavilələri bağlayır və onlara xitam verir;
5.5.4. sosial adaptasiya mərkəzinin razılaşdırılmış fəaliyyət istiqamətini təsdiq edir;
5.5.5. hüquqi və fiziki şəxslərlə münasibətlərdə sosial adaptasiya mərkəzini təmsil edir;
5.5.6. sosial adaptasiya mərkəzinin əmlakı ilə bağlı verilmiş sərəncamın icrasını həyata keçirir;
5.5.7. sosial adaptasiya mərkəzinin adından tələb və iddialar irəli sürür;
5.5.8. sosial adaptasiya mərkəzinin fəaliyyəti ilə bağlı zəruri analitik sənədlər hazırlayır və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir;
5.5.9. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
5.6. Sosial adaptasiya mərkəzinin işçilərinin işə qəbul və işdən azad edilməsi qaydası, əməyin ödənilməsi forması Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq qaydada aparılır.

                                             VI. SOSİAL ADAPTASİYA MƏRKƏZİNİN MƏSULİYYƏTİ
Sosial adaptasiya mərkəzləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

                             VII. SOSİAL ADAPTASİYA MƏRKƏZİNİN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ

Sosial adaptasiya mərkəzinin yenidən təşkili və ləğv edilməsi postslə müəyyən olunmuş qaydada həyata keçirilir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 14 aprel 2010-cu il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının posts Toplusu, 2010-cu il, № 4, maddə 359)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI