1 saylı psixonevroloji Sosial Xidmət Müəssisəsi

- 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərir. Müəssisə 1974-cü ildə təsis olunub, 1 dördmərtəbəli və 1 ikimərtəbəli tikililərdən ibarətdir.

Müəssisənin əsas vəzifələri əlilliyi olan şəxsləri qəbul edərək münasib yaşayış şəraiti ilə təmin etmək, abilitasiya və reabilitasiya xidmətlərini həyata keçirməkdir.

Müəssisədə 217 sakinin yerləşdirilməsi üçün bütün lazımi şərait yaradılıb, 70 nəfərlik akt zalı-kinoteatr, kitabxana, arxiv, sakinlərin qidalanması üçün mərtəbələrdə 5 ədəd yeməkxana, 1 ədəd mərkəzləşdirilmiş mətbəx, gözəllik salonu, asudə vaxtlarən təşkili və istirahət guşələri, 5 ədəd izolyasiya otağı, 5 ədəd tibb otağı təşkil edilib və müxtəlif növ mebel və avadanlıqlarla təmin edilib. Müəssisədə yaşayan sakinlərə tibbi, sosial və məişət xidməti göstərilir. Sakinlər gündə 3 dəfə qida ilə təmin olunur. Günün müəyyən olunmuş saatlarında gəzintiyə çıxardılır, istirahət edirlər. Müəssisə daxilində əyləncə proqramlarına cəlb olunurlar. Qismən özünü normal dərk edən sakinlər müxtəlif əl işlərinə və idman oyunlarına cəlb olunurlar.

Müəssisəyə qəbul olunmaq üçün tələb olunan sənədlər aşağıdakılardır:

  1. Psixiatrik müayinə
  2. Xidməti məktub
  3. Sakinin valideyni və yaxud yaxın qohumu tərəfindən ərizə yerləşdirilməsi barədə sənəd
  4. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın çıxarışı
  5. Yaşayış yerindən arayış
  6. Müəssisəyə yerləşdirilən sakinin şəxsiyyət vəsiqəsi və onu gətirənin şəxsiyyət vəsiqəsi
  7. Əlillik vəsiqəsi
  8. Covid 19 analizinin nəticəsi barədə
  9. Akt (sakinin evində baxış zamanı, onun hansı şəraitdə necə yaşadığı, stasionar xidmətə ehtiyacı olunduğuna baxılır).


Ünvanı: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Beynəlmiləl küçəsi 20/22.

Tel: 453-25-94; 453-25-96.