1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi

1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq fiziki  və yüngül formalı əqli qüsuru olan 15-29 yaşlı əlilliyi və sağlamlıq imkanları məhdud olan şəxslərin   peşə reabilitasiyasının təşkili və həmin müddət ərzində onların yaşaması,  sosial-məişət və tibbi-sosial xidmət göstərilməsi üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsidir.

Mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə-əmək qabiliyyəti nəzərə alınaraq onların ümumi və xüsusi təlim proqramları əsasında peşə hazırlığı təşkil edilir,   müəyyən edilmiş rejimə uyğun onlara xidmət, qayğı, tibbi-sosial yardım göstərilir,  onlarla mədəni-kütləvi iş aparılır, yaş xüsusiyyətlərindən və sağlamlıq vəziyyətindən asılı olaraq onlar rasional, o cümlədən diyetik yeməklərlə təmin edilir və digər istiqamətlərdə işlər aparılır. Peşə təlimi müddətdə gənclər burada dövlət hesabına yataqxana ilə də təmin olunur. Gənclər peşə hazırlığı kurslarını bitirən gənclərə peşə şəhadətnamələri təqdim edilir. Mərkəzdə peşə hazırlığı kurslarında olan sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə fəal inteqrasiyasının dəstəklənməsi üçün digər istiqamətlərdə də mühüm tədbirlər görülür.


Ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küçəsi 14.

Tel: 451-77-75, 451-73-15.