1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi
-1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi normativ üzrə 200 çarpayılıq olmaqla, əqli və fiziki sağlamlığı məhdud uşaqların daimi dövlət himayəsində yaşaması üçün yaradılmış bir müəssisədir.
Müəssisə 1984-cü ildə Mərdəkan qəsəbəsində müasir üslubda tikilmiş binada “Ağıldankəm uşaqlar üçün 3 nömrəli İnternat evi” adı ilə fəaliyyətə başlayıb. Burada uşaqlar daimi olaraq yaşamaqla qida, geyim və lazimi tibb xidməti ilə təmin olunublar. Uşaqlar yaşına, cinsinə, xəstəlik diaqnozlarına uyğun qruplaşdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 fevral 2015 tarixli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi” nin Nizamnaməsi təsdiq edilib. Müəssisə sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi məqsədi ilə yaradılıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 25 avqust 2020-ci il tarixli qərarı ilə “1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.
“Sosial Xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlara Sosial Xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun sosial xidmət göstərilir, uşaqların sosial adaptasiyası məqsədi ilə sosial rebilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının təşkil olunması məqsədi ilə xidmətlər göstərilir.
Müəssisəyə çətin həyat şəraitində olan xəstə və xəstələnmə riski olan (sağlamlıq imkanları məhdud) şəxslər qəbul edilir.
Ünvanı: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M.Əzizbəyov küçəsi 84.
Tel: 454-87-25, 454-42-47