1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin:

1.1. I qrup əlillərə - 182 manat

1.2. II qrup əlillərə - 158 manat

1.3 III qrup əlillərə - 121 manat. [i]

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsinin “Sosial müdafiə və sosial təminat bölməsi” vəsaiti hesabına ödənilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 yanvar 2011-ci il

    № 370

 

 

[i] 16 yanvar 2016-cı il tarixli 743 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 yanvar 2016-cı il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 65) ilə 1-ci hissənin birinci-üçüncü bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I qrup əlillərə – 150 manat

II qrup əlillərə – 130 manat

III qrup əlillərə – 100 manat.

15 may 2018-ci il tarixli 70 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 938) ilə 1.1-1.3-cü bəndləri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1. I qrup əlillərə – 165 manat

1.2. II qrup əlillərə – 143 manat

1.3. III qrup əlillərə – 110 manat.