2 saylı psixonevroloji Sosial Xidmət Müəssisəsi

Müəssisə 1954-cü ildə Azərbaycan SSR Sosial Təminat Nazirliyinin nəzdində “Vətən Müharibəsi Əlilləri üçün internat evi” kimi fəaliyyətə başlayıb. 1978-ci ildən Azərbaycan SSR Sosial Təminat Nazirliyinin nəzdində Şamaxı şəhəri “Ahıl və əlillər üçün internat evi”, 2001-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Şamaxı şəhəri “1 saylı ixtisaslandırılmış ruhi-əsəb internat evi”, 20 fevral 2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “2 saylı psixonevroloji sosial xidmət müəssisəsi”, 2016-cı ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “2 saylı psixonevroloji sosial xidmət müəssisəsi” kimi fəaliyyətini davam etdirib.

25 avqust 2020-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı psixonevroloji sosial xidmət müəssisəsi adlandırılıb. Müəssisənin strukturu 3 (üç) şöbədən ibarətdir: İnzibati idarəetmə heyəti, Tibbi reabilitasiya şöbəsi və Təsərrüfat və xidmət şöbəsi.

Müəssisənin fəaliyyəti şəxslərə sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun sosial xidmətin göstərilməsi, şəxslərin cəmiyyətdən təcrid olunmalarına gətirib çıxaran halların qarşısının alınması, şəxslərin sosial adaptasiyası məqsədilə sosial reabilitasiya tədbirlərin həyata keçirilməsi və asudə vaxtlarının səmərəli təşkili, şəxslərin müəssisəyə yerləşdirildikləri müddətdə müvafiq yaşayış sahəsi və münasib yaşayış şəraiti ilə təmin edilməsi, eləcə də müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsindən təşkil olunur.

Sosial Xidmətlər Agentliyinin 2 saylı psixonevroloji sosial xidmət müəssisəsinə psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslər qəbul edilir.

Ünvanı: Şamaxı şəhəri, N.Nərimanov  küçəsi 14.

Tel: 9-11-27