2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi

- 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi 5 dekabr 1974-cü il tarixində “Saray 7 saylı ağıldankəm uşaqlar üçün internat evi” kimi fəaliyyətə başlayıb. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində uşaqlara hərtərəfli maddi sosial-məişət və tibbi xidmət göstərilir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 fevral 2015-ci il tarixli qərarı ilə müəssisənin adı dəyişdirilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 2 saylı sağlamlıq inkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi adlandırılıb. Bununla da müəssisə 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsi fəaliyyətini həyata keçirib. Müəssisəyə 5-18 yaşında əqli və fiziki qüsurlu təhsilə cəlb  olunmayan uşaqlar qəbul olunub.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının 25 avqust 2020-ci il tarixli qərarı ilə müəssisə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi adlandırılıb. 

Müəssisə hazırda 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün stasionar formada sosial xidmətlərin göstərilməsi, onlarla sosial işin aparılması və sosial reabilitasiyanın təşkili ilə bağlı fəaliyyəti həyata keçirir.

Müəssisəyə 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlar qəbul olunurlar.


Ünvanı: Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi 17.

Tel: 454-87-25, 454-42-47