Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Milli Qəhərmanların tanıdılması kampaniyasının təşkili” və “Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” adlı təkrar müsabiqələr və “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatı” adlı müsabiqə

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Milli Qəhərmanların tanıdılması kampaniyasının təşkili” və “Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” adlı təkrar müsabiqələr və “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatı” adlı müsabiqə keçirir.
 Müsabiqədə hüquqi və fiziki şəxslər, qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.
İştirak haqqı yoxdur.
Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, Zərdabi pr.80  ünvanına yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri Zərdabi pr.80 ünvanına 29 may 2019-cu  il  saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
 Müsabiqə 30 may 2019-cu il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda  keçiriləcəkdir.  
Əlaqə telefonu: (012) 434-05-20
Müsabiqə komissiyası;