Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2019-cu il tarixli 68 nömrəli Qərarı
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2019-cu il tarixli 68 nömrəli Qərarı
“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının tənzimlənməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
- Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu Qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.
- “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 600) 1-ci hissəsi ləğv edilsin.
- Bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Novruz Məmmədov
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral
tarixli 68 nömrəli Qərarına
1 nömrəli əlavə
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA- nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin
Vahid Tarif Cədvəli
Əməyin ödənilməsi dərəcələri |
Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 |
180 |
2 |
187 |
3 |
195 |
4 |
203 |
5 |
211 |
6 |
219 |
7 |
228 |
8 |
237 |
9 |
246 |
10 |
256 |
11 |
266 |
12 |
277 |
13 |
288 |
14 |
300 |
15 |
324 |
16 |
363 |
17 |
435 |
18 |
587 |
19 |
881 |
Aparatın rəhbəri
Xələf Xələfov
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral
tarixli 68 nömrəli Qərarına
2 nömrəli əlavə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət
büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin
Vahid Tarif Cədvəli
Əməyin ödənilməsi dərəcələri |
Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 |
180 |
2 |
187 |
3 |
195 |
4 |
203 |
5 |
211 |
6 |
219 |
7 |
228 |
8 |
237 |
9 |
246 |
10 |
256 |
11 |
269 |
12 |
283 |
13 |
297 |
14 |
323 |
15 |
352 |
16 |
405 |
17 |
515 |
18 |
654 |
19 |
895 |
Aparatın rəhbəri
Xələf Xələfov