Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2019-cu il tarixli 70 nömrəli Qərarı
“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 826; 2002, № 10, maddə 637; 2003, № 9, maddə 523; 2005, № 8, maddə 780; 2006,
№ 6, maddə 563, № 11, maddə 998; 2007, № 9, maddə 924; 2008,
№ 4, maddə 303, № 10, maddə 939; 2011, № 4, maddə 362; 2015,
№ 12, maddə 1578; 2016, № 4, maddə 828; 2017, № 5, maddə 970,
№ 8, maddə 1605; 2018, № 3, maddə 605, № 6, maddə 1355) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
- Bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə minir
Azərbaycan Respublikasının Baş naziri
Novruz Məmmədov
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri
manatla
Təhsil alan kontingent |
Pedaqoji işçilər |
||
professor və ya elmlər doktoru |
dosent və ya fəlsəfə doktoru |
elmi dərəcəsi, elmi adı olmayan şəxslər |
|
1 |
2 |
3 |
4 |
Bütün tipdən olan ümum- təhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssis- lərin ixtisasartırma kursla- rının dinləyiciləri, fəhlələr |
7,41 |
4,92 |
3,81 |
Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri |
8,79 |
6,37 |
4,29 |
Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəs- sislərin ixtisasartırma kursla- rının dinləyiciləri |
10,60 |
7,41 |
4,92 |
Qeydlər:
- Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir.
- Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 8,79 manat, dosent və ya fəlsəfə doktoru üçün 6,37 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 4,29 manat məbləğində müəyyənləşdirilir.
- Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 5,61 manat, çılpaq naturada isə 9,28 manat məbləğində müəyyən olunur.
- Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.