Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Tərtər rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Nazir Sahil Babayevin Tərtər rayonunda Tərtər və Ağdam rayon sakinlərinin qəbul günü dəyişib. Nazir adıçəkilən rayon sakinləri ilə oktyabrın 25-də görüşəcək.
Həmin gün nazir müavinləri Anar Kərimov Bərdə rayonunda, Mətin Kərimli isə Ağcabədidə Ağcabədi və Laçın rayonlarının vətəndaşları ilə görüşəcəklər.