Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi qayğısı, dövlət başçısı tərəfindən bu məqsədlə imzalanan Fərman və Sərəncamlar nəticəsində ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb.

Sosial müavinətlərin və Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin məbləği isə 10 faiz artıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın Milli Qəhrəmanları üçün təqaüdünün məbləği 15 faiz artırılaraq 1500 manata çatdırılıb.