Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il həssas qruplardan olan şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və b.) sanator-kurort və istirahət mərkəzlərinə göndərişlə təminatı işləri davam etdirilib.

2018-ci ildə Fond həssas qruplardan olan şəxsləri sanator-kurort müəssisələrinə 6148 və istirahət mərkəzlərinə 1409 göndərişlə təmin edib.