Prezident cənab İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Sərəncamı həssas kateqoriyalardan olan 577 minədək vətəndaşın sosial müavinət və təqaüdlərinin artırılmasını nəzərdə tutur....

Prezident cənab İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Sərəncamı həssas kateqoriyalardan olan 577 minədək vətəndaşın sosial müavinət və təqaüdlərinin artırılmasını nəzərdə tutur. Onlardan 165 376 nəfəri ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən əlilliyi olan (əmək pensiyası almayan) vətəndaşlardır.