Sosial xidmət müəssisələrinin uşaqları üçün xeyriyyə tədbiri təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafə Fondunun sosial xidmət müəssisələrinin uşaqları üçün xeyriyyə tədbiri təşkil olunub.

Nazirlik və  “Azpetrol” şirkətinin birgə təşkil etdiyi tədbirə Fondun 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin və  Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin uşaqları cəlb edilib.

Xeyriyyə tədbiri çərçivəsində uşaqlar şəhərdə əyləncəli və maraqlı ekskursiyada olublar. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.