YAP-ın yaradılmasının 27-ci ildönümü ilə əlaqədar DSMF Binəqədi rayon şöbəsinin toplantısı olub

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Binəqədi rayon şöbəsi toplantı keçirib.

YAP Binəqədi rayon Təşkilatının inzibati binasında keçirilən toplantıda Təşkilatın sədri Ramiz Göyüşov, DSMF Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov, Ərazi ilk partiya təşkilatını sədri Anar Əhmədov, Təşkilatın üzvləri Lətifə Bağırova, Əfqan Əliyev, Rasim Qədirov, Nazim Talışov çıxış ediblər.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin uzunmmüddətli inkişaf yoluna səfərbər olması üçün göstərdiyi mühüm tarixi xidmətlərdən bəhs olunub. Ulu öndərimizin 1992-ci ilin noyabrında yaratdığı YAP-ın  dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi, ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın əldə olunması proseslərində daim ön cərgədə olduğu vurğulanıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbəri olduğu Partiyanın Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olduğu və Azərbaycanın bütün sahələrdə dinamik inkişafına öz mühüm töhfələrini verdiyi diqqətə çatdırılıb.

Toplantıda YAP Binəqədi rayon Təşkilatının və Ərazi ilk partiya təşkilatının  üzərinə düşən vəzifələrin icrası işlərindən bəhs edilib. Təşkilatın YAP siyasi xəttinə uyğun fəaliyyətini bundan sonra da daim gücləndirəcəyi qeyd olunub.