“Bir tır hədiyyə” aksiyasına Tərtər və Bərdədə başlandı

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan “Bir tır hədiyyə” aksiyasına Tərtər və Bərdə rayonlarında başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “KSM Azərbaycan” MMC-nin birgə layihəsi olan aksiya çərçivəsində hər iki rayonda xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyələr, müxtəlif məktəb ləvazimatları təqdim edilib. Valideynlərə sosial-hüquqi maarifləndirmə yönümlü xidmətlər də göstərilib.

Bərdə, Tərtər və Goranboy rayonları üzrə azı 400-dək uşaq üçün nəzərdə tutulan layihə yeni ilədək davam edəcək.  Məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərmək, cəmiyyətdə sosial məsuliyyət hissini daha da artırmaqdır.