Övladlığagötürmə ilə bağlı Qaydalar layihəsi ictimai müzakirəyə çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları” layihəsi ictimai müzakirənin təmin edilməsi məqsədilə nazirliyin sosial.gov.az saytında yerləşdirilib.

Vətəndaş cəmiyyəti instituları, mütəxəssis və ekspertlər, ayrı-ayrı vətəndaşlar http://sosial.gov.az/uploads/images/image_750x_5ddf6750e85de.pdf linkinə daxil olaraq layihə ilə tanış ola, rəy, irad və təkliflərini  ogss@sosial.gov.az ünvanına göndərə bilərlər