- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi 1958-ci ildən fəaliyyət göstərir. 1958-ci ildən 2011-ci ilədək İctimai Təminat Nazirliyinin nəzdində “8 saylı Əlillər evi” kimi fəaliyyətini davam etdirib.
2011-ci ildən 23 aprel 2015-ci ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “8 saylı ruhi-əsəb təmayüllü internat evi” adlandırılıb. Həmin tarixdən 2016-cı ilədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi” adlandırılıb.
15 oktyabr 2016-cı ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi”, 25 avqust 2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi adlandırılıb.
Müəssisəyə əlilliyi olan psixonevroloji problemli 18 yaşından yuxarı qadınlar qəbul edilib.
Müəssisə öz fəaliyyətində Nizamnaməyə uyğun olaraq benefisiarların qəbulu, qəbul edilmiş benefisiarlara keyfiyyətli sosial xidmətin göstərilməsini, onların yaşlarına və psixi sağlamlıq vəziyyətlərinə görə həyata keçirilməsini, benefisiarların hüquq və mənafelərinin müdafiəsini, qida normalarına uyğun olaraq sağlam və keyfiyyətli qida məhsulları ilə təminatını, normativə uyğun olaraq yumşaq inventar və geyim əşyaları ilə təmin edilməsini, o cümlədən benefisiarların asudə vaxtlarının səmərəli keçirilməsini, ilk tibbi yardımın və ixtisaslaşdırılmış tibbi xidmətin təşkilini, reabilitasiya xidmətlərini, psixoloji və psixiatrik yardımın təşkilini həmçinin sanitar gigiyena və əks epidemik rejimin təşkilini həyata keçirir.
Ünvanı: Göygöl rayonu, Qırıxlı kəndi.