Daşkəsəndə də günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə daha bir günərzi qayğı mərkəzi Daşkəsən rayonunda yaradılıb.  

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən yaradılan mərkəzə xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət 30 nəfər 3-12 yaşlarında olan uşaq cəlb edilib.  Onlardan  8 nəfəri sağlamlıq imkanları məhdud uşaqlardır. Burada onlar gündə 3 dəfə yeməklə təmin olunur, məktəbdə təhsil alan uşaqlara pedaqoqlar tərəfindən ev tapşırıqlarının hazırlanmasında köməklik göstərilir. Bundan əlavə, onlara psixoloji dəstək göstərilir və həmçinin uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər təşkil olunur.

Günərzi qayğı mərkəzi həssas qrupa aid olan uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və onların dövlət uşaq müəssisələrinin düşməsinin qarşısının alınması məqsədinə xidmət edir.