Qadınlar üçün keçirilən sosial sahibkarlıq təlimləri yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Education HUB” təhsil şirkətinin   “Öyrən, başla və tətbiq et!” adlı sosial sahibkarlıq proqramı çərçivəsində təlimlər yekunlaşıb.   

Quba, Qusar, Xaçmaz və Şabrandan olan qadınlar üçün Quba “ASAN xidmət” mərkəzində təşkil edilən təlimlərdə həmin rayonlardan olan 18-29 yaşlı 26 qadın iştirak edib. Onlara  yerli və xarici təlimçilər tərəfindən sosial sahibkarlıq konsepsiyası, ideyanın yaranması, biznes planın hazırlanması, iş bölgüsü kimi mövzular tədris edilib.   

Proqramın yekununda iştirakçılara Bakı və Tbilisiyə mübadilə səfərləri təşkil olunacaq, eləcə də 2020-ci ilin aprel ayında keçiriləcək Sosial Sahibkarlıq Forumunda iştirak imkanı yaradılacaq.