Bu ilki karyera təlimlərində 1070 nəfər iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə Bakı şəhəri və respublikanın 55 rayonunda karyera təlimləri keçirilib.

Təlimlər işsiz və işaxtaranlar, universitet tələbələri, peşə məktəbləri və peşə kurslarının tələbələrini əhatə edib. Ümumilikdə karyera təlimlərində üzrə 1070 nəfər iştirak edib.   Təlimlərin keçirilməsində məqsəd gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və bu məqsədlə onlara müasir iş axtarışı bacarıqlarının aşılanmasıdır.  

İştirakçılara karyera planlaması, komandanın qurulması, düzgün təqdimat etmək bacarığı, müsahibəyə hazırlıq, maraq və istək məktublarının, CV, rezume yazılması və digər mövzular üzrə nəzəri və praktik biliklər öyrədilib. İşə qəbul zamanı keçirilən müsahibələrdən uğurlu keçmək yolları aşılanıb.