Sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra olunan “Sağlamlıq imkanları məhdud uşaqların sosial və  psixoloji reabilitasiyası” layihəsi çərçivəsində Şəmkir rayonunda layihəyə cəlb olunmuş uşaqların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı   münasibətilə tədbir təşkil edilib.  
“Hüquq Dünyası Hüquqi Təblığat” İctimai Birlyi tərəfindən həyata keçirilən layihə üzrə sağlamlıq imkanları məhdud uşaqların sosial və  psixoloji reabilitasiya yönümlü dəstəklə təmin edilməsi sahəsində işlər aparılır.
Maraqlı anlarla yadda  qalan tədbirdə təşkilat tərəfindən uşaqlara müxtəlif hədiyyələr verilib. Sağlamlıq imkanları məhdud ayrı-ayrı uşaqlar mahnı və şerlər səsləndirib, öz bacarıqlarını nümayiş etdiriblər. Tədbir  uşaqlar üçün musiqili-əyləncəli proqramlarla davam edib.