Bu il Dövlət Məşğulluq Xidməti işəgötürənlərin iştirakı ilə 400-ə yaxın dəyirmi masa keçirəcək
Əmək və Əhalinin Sosial müdafiəsi Naziriyi yanında Dövlət Məşğulluq Xidməti 2020-ci il üzrə “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda maarifləndirmə tədbirlərinə başlayıb.
Həmin mövzuda bu ilin ilk dəyirmi masaları Gəncə, Mingəçevir şəhərlərində, Abşeron, Qazax, Samux, Tovuz və Xaçmaz rayonlarında təşkil olunub. İdarə, müəssisə və təşkilat nümayəndlərinin iştirak etdiyi bu tədbirlərdə məşğulluq sahəsində yeniliklər, “Məşğulluq” altsisteminin tətbiqi, o cümlədən vakansiyaların elektron şəkildə altsistemə daxil edilməsi barədə iştirakçılara ətraflı məlumatlar verilib.
Bu il ərzində respublikanın 58 şəhər və rayonunda 400-ə yaxın belə tədbirin keçirilməsi planlaşdırılır.