Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində kompüter istifadəçisi, tikişçi, xalçaçılıq, rəssamlıq, toxuculuq, aşbaz köməkçisi, ağac üzərində oyma, bərbər, montajçı-operator və s. peşə və tətbiqi sənət növləri üzrə hazırlıq kursları təşkil edilir.