DOST mərkəzlərində koronavirus təhlükəsinə qarşı kompleks profilaktik tədbirlər görülür

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı (Yasamal, Səbail) və 2 saylı (Xəzər, Pirallahı) Bakı DOST mərkəzlərində kompleks profilaktik tədbirlər görülür. 

İnzibati binaların döşəmələri, qapı dəstəkləri və digər təmas səthləri hər gün bir neçə dəfə xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənir.

1 saylı  Bakı DOST mərkəzi gün ərzində orta hesabla 450,  2 saylı Bakı DOST mərkəzi isə 170 vətəndaşa xidmət göstərir.

Mərkəzlərdə dezinfeksiya işləri aparılmaqla, əməkdaşların və xidmət üçün müraciət edən vətəndaşların sağlamlığının qorunması məqsədi ilə kompleks profilaktik tədbirlər görülür.