Göygöl və Şamaxı rayonlarındakı sosial müəssisələr əsaslı təmir və yenidənqurmadan sonra bu il istifadəyə veriləcək

Dövlət başçısının tapşırıqları əsasında  reabilitasiya və sosial xidmət infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində işlər davam edir.

Görülən işlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Göygöl və Şamaxı rayonlarındakı Psixonevroloji Sosial Xidmət Müəssisələrində də əsaslı təmir və yenidənqurma işləri aparılır. Hər iki müəssisədə yaşayış və stasionar şəraitdə sosial xidmətlərin təşkili, habelə reabilitasiya yönümlü tədbirlərin görülməsi üçün müasir şərait yaradılır.

Qeyd edilən sosial müəssisələrin əsaslı təmir və yenidənqurmadan sonra bu il istifadəyə verilməsi nəzərdə tutulur.