Yarışlara 580 nəfər əlilliyi olan şəxs qatılıb
3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə VI Ümumrespublika yarışı təşkil olunub.
Ölkəmizin bütün bölgələri üzrə ümumilikdə 580 nəfər əlilliyi olan şəxsin qatıldığı yarışlarda iştirakçılar şahmat, dama, nərd, stolüstü tennis və qol gücü idman növləri üzrə mübarizə aparıb.
Yarışlarda iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb və iştirakçıların bir hissəsi də 18 yaşadək əlilliyi olan şəxslərdir.
Yarış əlilliyi olan şəxslərin idmana, habelə stolüstü idman oyunlarına maraqlarının artırılmasına, onların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə, onların sosial inteqrasiyasına xidmət edir.
Növbəti günlərdə yarışın final mərhələsi keçiriləcək və qaliblərə mükafatlar veriləcək.