Aktiv sorğular

Əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsinin qiymətləndirilməsi üçün onlayn sorğu

Hörmətli vətəndaş,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədi ilə onlayn sorğu keçirir. Sorğunun nəticələri ölkəmizdə sosial xidmətlərin təkmilləşdirilməsinə töhvə verəcək.

Sorğu anonim keçirildiyi üçün adınızı, soyadınız, atanızın adını, əlaqə nömrələrinizin göstərilməsinə ehtiyac yoxdur. Xahiş edirik, sualları cavablayarkən şəxsi təcrübənizə əsaslanın və səmimi olun.

Sorğu nəticəsində toplanmış məlumatlar müxtəlif əhali qruplarının sosial xidmətlərə olan ehtiyac səviyyəsini müəyyən etməklə, bu xidmətlərin əlçatanlığı və yeni xidmətlərin yaradılması istiqamətində aparılan işlər zamanı nəzərə alınacaqdır.

"Əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsinin qiymətləndirilməsi" onlayn sorğusunda iştirak etmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır:

https://docs.google.com/forms/d/e/1FAIpQLSfjq_aomAlvOqtMa1_MFz7_zEQrw7AamLTw12YirgqjXcHwcg/viewform?gxids=7628