03 mart 1953-cü ildə Bakı şəhərində anadan olub;
1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini müvəffəqiyyətlə (orta ball 4,9) bitirib.
1978 ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinin aspiranturasını bitirib.
1979-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin nəzdindəki 1N-li Elmi şurada (Şuranın sədri akademik A.N.Kolmoqorov) Riyazi analiz (şifrə 01.01.01.) üzrə "Некоторые вопросы энтропийной теории групповых действий" mövzusunda, professor A.M. Styopinin elmi rəhbərliyi altında namizədlik dissertasiyasını (Ph.D) müdafiə edib.
1979-2008-ci illərdə Baki Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
1985-ci ildə Xarici Dillər Universitetinin ingilis ədəbiyyatı fakültəsini fərqlənmə ilə bitirib.
1994-1998-ci illərdə TÜBİTAK-ın dəvəti ilə Türkiyənin bir sıra universitetlərində elmi kadrların (doktor və post-doktorların) hazırlanmasına rəhbərlik edib.
Aktuar riyaziyyatla, demoqrafiya və sosial ekonomik proseslərin proqnozlaşdırılması ilə bağlı fərqli kurslar və treninqləri bitirib.
1998-2000-ci illərdə Avropa İttifaqının TACİS proqramında təlimlər üzrə ekspert kimi çalışıb.
2002-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyində “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri vəzifəsində işləmişdir, hazırda "Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar" şobəsinin müdiri vəzifəsində işləyir;
2002-2006-cı illərdə Avropa Şurasının Sosial Xartiyaya nəzarət üzrə Ekspertlər Komitəsinin üzvü işləyib.
2003-cü ildə BMT-nin Əməkçi Miqrantlar Komitəsinin üzvü seçilib.
2008-2015-ci illərdə BMT-nin İnsan Hüquqları üzrə Əməkçi Miqrantlar Komitəsinin Vitse prezidenti seçilib.
2018-ci ildə yenidən BMT-nin Əməkçi Miqrantlar Komitəsinin üzvü seçilib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) himayəçilik şurasının üzvüdür.
1999-cu ildə Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Muasir Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
2010-cu ildən Türk Dilli Dövlətlərin Riyaziyyatçıları Cəmiyyətinin (TDRC) idarə heyətinin üzvüdür;
100-dən artıq elmi məqalə və dərsliklərin müəllifidir;
İngilis, rus və türk dillərini bilir;
Ailəlidir, 2 övladı var.