Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 373 nömrəli Qərarı


 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

 № 373                                                                                Qərar

 
Bakı şəhəri, 3 sentyabr 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının posts Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853, № 10, maddə 857; 2010, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, № 7, maddə 773; 2014, № 4, maddə 459; 2016, № 7, maddə 1343, № 11, maddə 1973; 2017, № 4, maddə 610, № 5, maddə 995, № 9, maddə 1728, № 10, maddə 1913, № 12 (II kitab), maddə 2548) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 135-ci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu vəsaitlərin ilin sonuna Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən istifadə olunmayan hissəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına qaytarılır və növbəti ilin büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldilir.”.
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
Novruz Məmmədov