Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, və mənşəyindən asılı olmayaraq,  baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə və yardıma ehtiyacı olan  8 yaşdan yuxarı yetkinlik yaşına çatmayanların sosial reabilitasiyasının təşkilini və reabilitasiya müddətində (90-180 gün) müvəqqəti yaşayışını təmin edən yarımstasionar və stasionar sosial xidmət müəssisəsidir. Müəssisədə müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin Nizamnaməsinə əsasən, müəssisəyə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 8 yaşdan yuxarı uşaqların (yoluxucu və psixi xəstəlikləri olan uşaqlar istisna olunmaqla) qəbulu  şəxslərin və aidiyyəti dövlət orqanlarının

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fonduna müraciəti əsasında həyata keçirilir.

Müəssisənin ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km. 33 A.