Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə elanı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə

ELAN EDİR:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin ikinci hissəsinə  əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20040004833 nömrəli 19 mart 2020-ci il tarixli əmri ilə Nazirliyin Aparatında və strukturuna daxil olan orqanlarda inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan daxili müsahibə elan edilmişdir.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər Nazirliyin Aparatının Dövlət qulluğu və  kadr məsələləri şöbəsinə şəxsən təqdim edilməlidir:

-  ərizə;

-  əmək kitabçasının surəti;

- ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə);

- kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir) ;

- sağlamlıq haqqında tibbi arayış (“Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na əsasən);

-  bir ədəd ağ fonda çəkilmiş fotoşəkil (4x6);

-  son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış.

    Müsahibəyə dair ətraflı məlumatı (012) 596-50-26 nömrəsindən əldə edə bilərsiniz.

 

Daxili müsahibəyə çıxarılan vakant vəzifələri haqqında məlumat

Struktur bölmə

Vəzifə

Ştat sayı

  1.  

Nazirliyin Aparatı, Vətəndaşların qəbulu şöbəsi

Şöbə müdiri

1

  1.  

Nazirliyin Aparatı, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi

Şöbə müdiri

1

  1.  

Nazirliyin Aparatı, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, Vətəndaşların müraciətləri ilə iş sektoru

Baş məsləhətçi

1

  1.  

Nazirliyin Aparatı, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi, İctimaiyyətlə əlaqələr sektoru

Baş məsləhətçi

1

  1.  

Nazirliyin Aparatı, e-Xidmətlər və innovasiyalar şöbəsi, İnformasiya sistemləri sektoru

Sektor müdiri

1

  1.  

Nazirliyin Aparatı, Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsi

Şöbə müdiri

1

  1.  

Nazirliyin Aparatı, Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsi, Pensiya siyasəti sektoru

Baş məsləhətçi

2

  1.  

Nazirliyin Aparatı, Əmək siyasəti şöbəsi, Əməyin ödənilməsi və əmək münasibətləri sektoru

Sektor müdiri

1

  1.  

Nazirliyin Aparatı, Daxili nəzarət şöbəsi, Funksional vəzifələrin icrasına nəzarət sektoru

Baş məsləhətçi

1

  1.  

Nazirliyin Aparatı, Maliyyə və icmal büdcə şöbəsi, İcmal büdcə sektoru

Aparıcı məsləhətçi

1

  1.  

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin Sənədlərlə iş, təhlil və statistika sektoru

Sektor müdiri

1