Dövlət Məşğulluq Xidmətinin rəisi

Mustafa Aslan oğlu Abbasbəyli 

1980-ci ildə Gəncə şəhərində anadan olub.
2000-ci ildə Xəzər Universitetinin Hüquq fakültəsini, 2001-ci ildə Egey Universitetinin Türk dili və ədəbiyyat fakültəsini bitirmişdir.
2003-cü ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir. 
2009-cu ildə AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 
2007-ci ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, 2010-cu ildən etibarən Beynəlxalq Vəkillər Assosiasiyasının üzvü olmuşdur. 
50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifidir. 2003-2018-ci illərdə Standard Insurance, Standard Insurance Georgia, Toyota Azərbaycan, Caspian European Club, Beyli Group, Azərbaycan Sığortaçılar Assosiasiyası kimi şirkət və qurumlarda rəhbər vəzifələrdə çalışmışdır. 
2013-cü ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir. 2019-cu ilin yanvar ayından hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri olub.