Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə təşkilatı olan "DOST İnfrastruktur Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti DOST Agentliyinin Müşahidə Şurasının 24 iyun 2022-ci il tarixli 2 nömrəli qərarı ilə təsis edilib.
Cəmiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların inzibati binalarının tikintisinin təmin edilməsi, bu istiqamətdə ilkin layihələndirilmə, layihə-smeta sənədlərinin hazırlanmasına nəzarət, zəruri rəylərin alınması, tikinti prosesinə cəlb olunmuş podratçı təşkilatlarla koordinasiyanın təşkili və nəzarət, ümumilikdə tikinti planına uyğun olaraq işlərin vaxtında aparılmasının və tikintisi başa çatmış yeni inzibati binaların istismara verilməsinin təşkil edilməsi kimi önəmli vəzifələri yerinə yetirir.
DOST İnfrastruktur Mərkəzinin direktoru Tural Qəniyevdir.