Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı

Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli 206 nömrəli Fərmanına əsasən aşağıda qeyd olunan dövlət orqanlarında vəzifə və peşələr üzrə əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır:

1. Seçki və ya təyinatı Azərbaycan respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr;

2. təyinatı Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan  Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan  Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan vəzifələr;

3. seçki və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan vəzifələr;

4. prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında xüsusi rütbəli vəzifələr;

5. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələr.