“Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 mart tarixli 46 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 486 nömrəli Qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabineti
№ 486 Qərar
Bakı şəhəri, 28 noyabr 2016-cı il
“Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 mart tarixli 46 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının 9.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 mart tarixli 46 nömrəli qərarı (Azərbaycan Respublikasının posts Toplusu, 2002, № 3, maddə 149; 2005, № 6, maddə 546; 2008, № 2, maddə 114; 2016, № 6, maddə 1221) ilə təsdiq edilmiş “Dövlət sosial sığorta şəhadətnaməsinin Təsviri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. Beşinci abzasda “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilsin.
2. Altıncı abzasa “Cinsi” sözündən sonra “, “Ünvanı” və “Fərdi identifikasiya nömrəsi” sözləri əlavə edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri