Dövlət Sosial Müdafiə Fondunun direktoru

Himalay Qabil oğlu Məmişov

1985-ci ildə anadan olub.
2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsinin bakalavr pilləsini, 2009-cu ildə fərqlənmə ilə həmin fakultənin magistr pilləsini və 2017-ci ildə huquq fakultəsinin doktorantura pilləsini bitirib.
2007-2008-ci illərdə magistr təhsili aldığı Bakı Dövlət Universitetindən akademik məzuniyyət götürərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir.
2008-ci ildə əmək fəaliyyətinə Avropa İttifaqının Azərbaycan Respublikasına Texniki Yardımı üzrə Koordinasiya Bürosunda başlamış, fəaliyyətini İqtisadi İnkişaf Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyi) müxtəlif vəzifələrdə davam etdirmiş, Layihə İdarəetmə Qrupunun üzvü olmuşdur.
2011-ci ildə Gürcüstanda CABİR Regional Təlim Proqramını, 2013-cü ildə ABŞ-ın Georgiya Universitetində UGA təlim kursunu bitirmişdir.
2011-2018-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsində işləmişdir. 
2012-2013-cü illərdə həmçinin, Bakı Dövlət Universitetinin hüquq fakultəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Çoxsaylı elmi məqalə və monoqrafiyaların müəllifidir.
2018-ci ilin avqust ayında Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında Sosial təminat siyasəti şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.
2019-cu ilin yanvar ayında əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunmuşdur.
2019-cu ilin 1 mart tarixində Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Dövlət Sosial Müdafiə Fondunun direktoru vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dövlət qulluğunun baş müşaviridir.
İngilis, rus və türk dillərini bilir.
Evlidir, 3 övladı var.