Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə pandemiya dövründə həyata keçirilən geniş miqyaslı sosial dəstək tədbirləri barədə “Azərbaycan” qəzetinə müsahibə verib. Müsahibədə məşğulluğun və sosial rifahın dəstəklənməsi tədbirlərindən, o cümlədən birdəfəlik ödəmə proqramından ətraflı bəhs olunur.