“Kollektiv müqavilələr və sazişlər haqqında” Azərbaycan Respublikasının Qanunu

Kollektiv müqavilələr və sazişlər haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

fəsil

 ÜMUMİ MÜDDƏALAR

Maddə 1.     Qanunun təyinatı

Bu Qanun, işçilərin və işəgötürənlərin sosial-iqtisadi mənafelərinin təmin olunmasından ötrü danışıqlar aparılmaqla kollektiv müqavilələrin və sazişlərin hazırlanmasının, bağlanmasının və yerinə yetirilməsinin hüquqi əsaslarını müəyyən edir.

Bu Qanun mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən, işçilərin sayından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlara (bundan sonra “müəssisə” adlandırılır) şamil olunur.

Maddə 2.     Kollektiv müqavilə və saziş anlayışı

Kollektiv müqavilə — işəgötürənin və əmək kollektivinin və ya onun qərarı əsasında həmkarlar ittifaqı təşkilatının arasında yazılı formada bağlanan, müəssisə daxilində əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.

Kollektiv saziş — müvafiq icra hakimiyyəti orqanı həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır.

Maddə 3.     Kollektiv müqavilənin və sazişin şərtlərinin məcburiliyi

Bu Qanunda nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildii müəssisələüçün məcburidir.

Qüvvədə olan qanunvericiliyə nisbətən işçilərin vəziyyətini pisləşdirən kollektiv müqavilənin və sazişin şərtləri etibarsızdır.

Maddə 4.     Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və erinə yetirilməsinin əsas prinsipləri

Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri aşağıdakılardır:

tərəflərin hüquq bərabərliyi;

kollektiv müqavilə və sazişin məzmununa dair məsələlərin müzakirəsində tərəflərin müstəqillii və könüllülüyü;

obyektiv səbəbdən təmin ediə bilməyəşərtlərin yolverilməzliyi;

öhdəliklərin icrasına təminat;

qanunvericiliyin tələblərinə əməl edilməsi;

öhdəliklərin icrasına nəzarət və icra edilməməsinə görə məsuliyyət.

Maddə 5.     Kollektiv müqavilənin və sazişin bağlanmasına, onlara dəyişikliklər ediməsinə və yerinə yetirilməsinə müdaxilənin yolverilməzliyi

Kollektiv müqavilənin və sazişin bağlanılması, ondlara dəyişikliklər edilməsi və yerinə yetirilməsi zamanı tərəflərin hüquqlarını, habelə qanunla qorunan mənafelərini məhdudlaşdıran və ya onların həyata keçirilməsinə maneçilik törədən icra hakimiyyəti, təsərrüfat orqanlarının, siyasi partiyaların və ictimai birliklərin hər hansı müdaxiləsi qadağandır.

II fəsil

 KOLLEKTİV DANIŞIQLAR

Maddə 6.     Kollektiv danışıqlar aparmaq hüququ

Kollektiv müqavilənin və sazişin hazırlanması, bağlanması və onlarda dəyişikliklər edilməsi üçün kollektiv danışıqlar aparmaq təşəbbüsünə səlahiyyətləri daxilində əmək kollektivləri, işəgötürənlər, həmkarlar ittifaqı təşkilatları, müvafiq icra hakimiyyəti və işəgötürənlərin nümayəndəli orqanları malikdir.

Təşəbbüskar tərəf danışıqların başlanması haqqında digər tərəfi azılı surətdə xəbərdar edir. Xəbərdar olunan tərəf on gündən gec olmayaraq danışıqlara başlamağa borcludur.

Əmək kollektivi danışıqlar aparmaq hüququnu həmkarlar ittifaqları təşkilatlarına (birliklərinə) verə bilər. Danışıqların aparılmasına dair həmkarlar ittifaqları təşkilatlarının (birliklərinin) hüquqları bu Qanunla və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir.

Əgər müəssisədə həmkarlar ittifaqı təşkilatı (birliyi) yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya yaradır.

Respublika, peşələr, sahələr və ya ərazi üzrə, habelə müəssisə daxilində bir neçə həmkarlar ittifaqı təşkilatı (birliyi) mövcud olarsa, kollektiv danışıqların aparılması üçün işçilərin həmkarlar ittifaqlarına üzvlük nisbətinə uyğun nümayəndələrdən ibarət komissiya aradılır.

Kollektiv müqavilənin və sazişin şərtlərinin hazırlanması məqsədilə kollektiv danışıqların aparılmasından boun qaçırmağa yol verilmir.

Maddə 7.     Kollektiv danışıqların aparılması qaydası

Kollektiv müqavilənin və sazişin və ya onlara dəyişikliklərin layihəsinin hazırlanması məqsədilə danışıqlar aparmaq üçün tərəflər, müvafiq səlahiyyətlər verilmiş bərabər saylı nümayəndələrdən ibarət komissiya yaradırlar.

Komissiyanın tərkibi, danışıqların gündəliyi, keçirilmə yeri və müddəti tərəflərin birgə qərarı ilə müəyyənləşdirilir.

Tərəflərə kollektiv müqavilənin və sazişin məzmununa aid məsələlərin seçilməsi və müzakirə edilməsində sərbəstlik verilir.

Komissiyanın tələbilə işəgötürənlər, icra hakimiyyəti orqanları kollektiv danışıqların aparılması üçün zəruri olan məlumatları beş gün müddətində təqdim etməlidirlər. Danışıqların iştirakçıları, alınmış məlumatlarda olan dövlət və ya kommersiya sirrini yaymağa görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb olunurlar.

Danışıqlar zamanı tərəflər razılığa gələ bilmədikdə fikir ayrılığı haqqında protokol tərtib edilir. Protokolda fikir ayrılığının aradan qaldırılması haqqında tərəflərin yekun təklifləri, habelə danışıqların yenidən başlanması müddəti göstərilir.

Maddə 8.     Kollektiv danışıqların iştirakçılarına verilən təminatlar

Kollektiv danışıqların iştirakçıları (tərəflərin nümayəndələri, məsləhətçi, ekspert, barışdırıcı, vasitəçi, mütəxəssis, arbitr və s. şəxslər) kollektiv danışıqların aparıldığı dövrdə orta aylıəmək haqqı saxlanmaqla il ərzində üç ay müddətinədək işdən azad olunurlar. Həmin müddət onlarıəmək stajına daxil edilir.

Kollektiv danışıqlarla əlaqədar xərclər işəgötürən tərəfindəödənilməlidir.

Danışıqların aparılmasında iştirak etməüçün dəvət olunmuş və fərdi əmək müqaviləsi üzrə işləməyəşəxslərə haqq, onları dəvət etmiş tərəflə bağladıqları müqavilə əsasında ödənilir.

Kollektiv danışıqların iştirakçılarının danışıqlar dövründə, intizam məsuliyyətinə cəlb olunmasına, başqa işə keçirilməsinə və ya işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsinə yol verilmir.

III fəsil

 KOLLEKTİV MÜQAVİLƏ

Maddə 9.     Kollektiv müqavilənin hazırlanması və bağlanması zəruriliyi haqqında qərarın qəbul edilməsi

Kollektiv müqavilənin hazırlanması və bağlanması zəruriliyi haqqında qərarı əmək kollektivinin ümumi iclası (konfransı) qəbul edir.

Ümumi iclas (konfrans) danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması və bağlanması üçün həmkarlar ittifaqı təşkilatını müvəkkil edə bilər.

Maddə 10.  Kollektiv müqavilənin tərəfləri

Kollektiv müqavilənin tərəfləri — işəgötürənlər, əmək kollektivi və ya onun qərarı əsasında həmkarlar ittifaqları təşkilatıdır.

Kollektiv müqavilə Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə bağlanılır.

Maddə 11.  Kollektiv müqavilənin hazırlanması və bağlanmasının qaydaları

Kollektiv müqavilənin layihəsinin hazırlanması, bağlanması qaydaları və müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir və rəsmiləşdirilir.

Kollektiv müqavilənin layihəsi komissiya tərəfindən işçilərin müzakirəsinə verildikdən sonra, daxil olan təkliflər nəzərə alınmaqla yenidən işlənmiş layihə təsdiq edilməsi üçüəmək kollektivinin ümumi iclasına (konfransına) verilir.

İşəgötürən, kollektiv müqavilənin layihəsini işçilərin müzakirəsinə verilməsi üçün mövcud olan bütün imkanlardan (daxili rabitə və məlumat, surətçıxaran, texniki və digər vasitələr) istifadə etməüçün həmkarlar ittifaqı təşkilatına və ya xüsusi səlahiyyətli komissiyaya şərait yaratmalıdır.

Kollektiv müqavilənin layihəsi bəyənilməzsə, tərəflərin nümayəndələri on beş güərzində (əgər tərəflər başqa razılığa gəlməyiblərsə) layihəni yenidən işləyib təsdiq olunmaq üçün təkrarəəmək kollektivinin ümumi iclasına (konfransına) verirlər. İşçilərin (nümayəndələrin) 50 faizindəçoxunun iştirak etdiyi ümumi iclas (konfrans) səlahiyyətli hesab olunur.

Kollektiv müqavilənin layihəsi iclasda (konfransda) iştirak edənlərin səçoxluğu ilə təsdiq edilir.

Tərəflər, kollektiv müqavilə təsdiq edildikdən sonra üç güərzində imzalamalıdırlar.

Tərəflərin imzaladığı kollektiv müqavilə və ona əlavələr yeddi güərzində məlumat üçün işəgötürənlər tərəfindəəmək və sosial məsələləüzrə müvafiq yerli icra hakimiyyəti orqanına təqdim edilir.

Maddə 12.  Kollektiv müqavilənin məzmunu

Kollektiv müqavilənin məzmununu tərəflər müəyyənləşdirirlər.

Kollektiv müqaviləyə aşağıdakı məsələləüzrə tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilə bilər:

müəssisənin istehsal və iqtisadi fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi;

əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, əlavələrin və digəödəmələrin müəyyən edilməsi;

qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqı miqdarının tənzimlənmə mexanizmi;

məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri;

iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;

işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi;

əməyin qiymətləndirilməsi, əmək normalarının müəyyən edilməsi və yenidən işlənməsi qaydaları;

qadınların, 18 yaşına çatmamış işçilərin əməşəraitinin yaxşılaşdırılması;

əmək mühafizəsinin yaxşılaşdırılması üçüəlavə təminatların müəyyən edilməsi;

əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanıödənilməsi;

fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması və onun fəaliyyət qaydası;

işçilərin tibbi və sosial sığortasınıüstüəlavə şərtlərinin müəyyən edilməsi;

işəgötürənin təşəbbüsü ilə fərdi əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə məsləhətləşmələr, razılaşmalar aparılması;

işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;

həmkarlar ittifaqı təşkilatının fəaliyyəti üçüşəraitin yaradılması;

kollektiv mübahisələrin tənzimlənməsinin əlavə üsulları haqqında razılaşmalar;

kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət;

müqavilə şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti.

Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o cümlədən qanunvericilikdə nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər.

Qanunvericilik aktlarında kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş normativ müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir.

Maddə 13.  Kollektiv müqavilənin qüvvəsi

Kollektiv müqavilə bir ildəüç ilədək müddətə bağlanıla bilər.

Kollektiv müqavilə imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir.

Müəyyən olunmuş müddət qurtardıqdan sonra kollektiv müqavilə, yenisi bağlananadək qüvvədə olur.

Müəssisənin mülkiyyətçisinin dəyişdiyi və ya ləğv edildiyi hallardan başqa müəssisədə təşkilati-struktur dəyişikliklərin edilməsi, eləcə də həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə xitam verilməsi kollektiv müqavilənin hüquqi qüvvəsinin itirilməsinə səbəb olmur.

Müəssisənin mülkiyyətçisi dəyişdikdə kollektiv müqavilə üç ay müddətində qüvvədə qalır. Bu müddəərzində tərəflər yeni kollektiv müqavilə bağlamaq və ya ona əvvəlkini qüvvədə saxlamaq, ona əlavələr və dəyişikliklər edilməsi məqsədilə danışıqlara başlamalıdırlar.

Müəssisə qanunvericiliklə müəyyən olunmuş qaydada və şərtlərlə ləğv olunarsa, kollektiv müqavilə bütün ləğvetmə müddəti ərzində qüvvədə olur.

Kollektiv müqavilə müəssisənin bütün işçilərinə, o cümlədən kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə şamil edilir.

Maddə 14.  Kollektiv müqaviləyə əlavələr və dəyişikliklər edilməsi

Kollektiv müqavilənin qüvvədə olduğu müddətdə ona əlavələr və dəyişikliklər edilməsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında, kollektiv müqavilədə müəyyən edilmiş qaydada aparılır. Əgər belə qayda müəyyən olunmayıbsa, əlavələr və dəyişikliklər kollektiv müqavilənin bağlanması üçün bu Qanunda nəzərdə tutulan qaydada edilir.

Maddə 15.  Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarət

Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər, habelə əmək və sosial məsələləüzrə müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Nəzarəti həyata keçirən səlahiyyətli şəxslərə bütün zəruri məlumatlar təqdim edilməlidir.

Tərəflər kollektiv müqavilənin yerinə yetirilməsi haqqında müqavilədə nəzərdə tutulmuş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq əmək kollektivinə hesabat verməlidirlər.

IV fəsil

 KOLLEKTİV SAZİŞLƏR

Maddə 16.  Kollektiv sazişin növləri

Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər bağlana bilər:

Baş kollektiv saziş — sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir;

Sahə (tarif) kollektiv saziş— sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir;

Ərazi (rayon) kollektiv sazişi — ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir.

Maddə 17.  Kollektiv sazişin tərəfləri

Kollektiv saziş aşağıdakı tərəflər arasında bağlanılır:

Baş kollektiv saziş — yuxarı icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika birlikləri arasında;

Sahə (tarif) kollektiv sazişi — müvafiq mərkəzi icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin peşələr, sahələr üzrə birlikləri arasında;

Ərazi (rayon) kollektiv sazişi — yerli icra hakimiyyəti orqanları, həmkarlar ittifaqlarının və işəgötürənlərin ərazi birlikləri arasında.

Maddə 18.  Kollektiv sazişin hazırlanması və bağlanması qaydaları

Bu Qanunda nəzərdə tutulan kollektiv sazişlərin hazırlanması və bağlanması məqsədilə danışıqlar aparmaq üçün müvafiq tərəflərin bərabər saylı nümayəndələrindən ibarət komissiya yaradılır.

Kollektiv sazişlərin hazırlanması və bağlanması danışıqların başlama və qurtarma müddəti, o cümlədən həmin sazişlərə dəyişikliklər edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir.

Əvvəlki kollektiv sazişin müddətinin qurtarmasına üç ay qalmış tərəflərdən hər biri yeni kollektiv sazişin bağlanması məqsədilə danışıqlara başlanması üçün digər tərəfi yazılı surətdə xəbərdar etmək hüququ vardır. Xəbərdarlığı alan tərəf on gündən gec olmayaraq kollektiv sazişin bağlanması haqqında danışıqlara başlamalıdır.

Danışıqların qeyri-qənaətbəxş getdiyi və başlanma müddəti pozulduğu hallarda müvafiq həmkarlar ittifaqları birliyi qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək hüququ vardır.

Yeni danışıqlar əvvəlki kollektiv sazişin müddəti başçatanadək qurtarmayıbsa, həmin sazişin qüvvəsi tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər.

Bağlanmış kollektiv saziş və ya ona əlavələr və dəyişikliklər yeddi gün müddətində əmək və sosial məsələləüzrə mərkəzi icra hakimiyyəti orqanına məlumat üçün göndərilməlidir.

Maddə 19.  Kollektiv sazişin məzmunu

Kollektiv sazişin məzmunu tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Tərəflər kollektiv sazişə aşağıdakı öhdəlikləri daxil edə bilər:

müvafiq sahələrin və müəssisələrin iqtisadi və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması tədbirlərinin müəyyən edilməsi və həyata keçirilməsi;

orta əmək haqqının artım səviyyəsinin inflyasiyaya uyğun təmin edilməsi;

kompensasiya və əmək haqqına əlavələrin (dövlət tərəfindən müəyyən olunmuş miqdardan az olmamaq şərtilə) məbləğinin müəyyən edilməsi;

daha əlverişli əməşəraitinin müəyyən edilməsi;

məşğulluğa kömək göstərilməsi;

təsərrüfatçılığın mütərəqqi forma və üsullarının inkişaf etdirilməsi;

müəssisələrdə qabaqcıl texnika və texnologiyanın, elmi-texniki tərəqqinin digər nailiyyətlərinin tətbiqi;

tələbata uyğun və rəqabət qabiliyyətli məhsulların istehsalı;

ekoloji təhlükəsizliyin təmin edilməsi;

müəssisənin bağlanması və işçilərin kütləvi surətdə işdən azad edilməsi hallarından imtina edilməsi, işdəçıxarılma hallarının qarşısını ala biləcək tədbirlərin görülməsi;

işçilərin və onların ailə üzvlərinin sosial müdafiəsi üzrə xüsusi tədbirlərin görülməsi;

əlillərin, gənclərin (yeniyetmələrin) əməyindən istifadə etməklə əlavə iş yerləri yaradan müəssisələrə güzəştlərin müəyyən olunması;

əmək intizamının təmin edilməsi.

Maddə 20.  Kollektiv sazişin qüvvəsi

Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir.

Kollektiv saziş bir ildəüç ilədək müddətə bağlanıla bilər.

Maddə 21.  Kollektiv sazişə əlavələr və dəyişikliklər edilməsi qaydası

Kollektiv sazişə əlavələr və dəyişikliklər edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında kollektiv sazişdə müəyyən edilmiş qaydada aparılır. Əgər belə qayda müəyyən olunmayıbsa, əlavələr və dəyişikliklər kollektiv sazişin bağlanması üçün bu Qanunda nəzərdə tutulan qaydada edilir.

Ayrı-ayrı peşə qruplarını əhatə edən müəssisələrin işəgötürənlərinin və ya onların birliklərinin və müvafiq həmkarlar ittifaqları birliyinin sahə (tarif) sazişinə qoşulması barədə müraciətləri əsasında həmin sazişin tərəfləri sazişə müvafiq dəyişikliklər edə bilərlər.

Maddə 22.  Kollektiv sazişin yerinə yetirilməsinə nəzarət

Kollektiv sazişin yerinə yetirilməsinə nəzarəti tərəflər, habelə əmək və sosial məsələləüzrə mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir.

Nəzarəti həyata keçirən səlahiyyətli şəxslərə, bütün zəruri məlumatlar təqdim edilməlidir.

V fəsil

 YEKUN MÜDDƏALAR

Maddə 23.  Bu Qanunun pozulmasına görə məsuliyyət

Kollektiv danışıqların aparılması qaydasının pozulmasına, kollektiv müqavilənin və ya sazişin şərtlərinin pozulmasına, kollektiv danışıqların aparılması və kollektiv müqavilənin və sazişin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi üçün zəruri məlumatların təqdim edilməməsinə görə məsuliyyətə cəlb olunurlar.

Maddə 24Məsuliyyətə cəlb olunma qaydası

Bu Qanunda nəzərdə tutulmuş məsuliyyətlə əlaqədar işlərə kollektiv müqavilənin və sazişin tərəflərinin və ya prokurorun müraciəti əsasında məhkəmədə baxılır.

Maddə 25.  Mübahisələrin həlli

Kollektiv müqavilənin və sazişin hazırlanması, bağlanması və onlara dəyişikliklər edilməsi, habelə kollektiv müqavilə və saziş üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həll edilir.

Maddə 26. Keçid müddəaları

Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları bu Qanuna zidd olmayan hissəsində öz qüvvəsini saxlayır.

İşəgötürənlərin müvafiq birlikləri yaradılana qədər, müvəqqəti olaraq kollektiv sazişlər müvafiq icra hakimiyyəti orqanları və həmkarlar ittifaqları arasında da bağlanıla bilər.

Bu Qanun qüvvəyə minənədək bağlanmış kollektiv müqavilələr və sazişlər qeyd-şərtsiz hüquqi qüvvəsini saxlayır.

Azərbaycan Respublikasının Prezidenti

HeydəƏLİYEV

Bakı şəhəri, 24 may 1996-cı il

№ 84-IQ