Yanvar-aprel aylarında DSMF-nin xərcləri 6 faiz və ya 101 mln. manat artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun xərcləri bu ilin yanvar-aprel aylarında 1 mlrd. 767 mln. manat təşkil edib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz və ya 101 mln. manat çoxdur.

DSMF-nin xərclərinin artmasının əsasında pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım üzrə ödənişlərin mütəmadi artımı, sosial təminat sisteminin əhatə dairəsinin mütəmadi genişlənməsi dayanır.