Azərbaycan nümayəndə heyəti İstanbulda Heydər Əliyev Parkını ziyarət edib

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərindəki Heydər Əliyev Parkını ziyarət edib.

Ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün parkda yerləşən abidəsi də ziyarət edilərək önünə gül dəstələri qoyulub.