1970-ci ildə anadan olub.
1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə
və kredit fakültəsinini əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib.
1992-1993-cü illərdə «İnkişaf» Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib.
1993-2005-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini
vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb.
2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Gorce Universiteti ilə birgə təşkil etdiyi MBA proqramında
təhsil alaraq, biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub.
2013-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi
Xidmətinin rəisi təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 279 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və
əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
İqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında,
sığorta-pensiya sistemində islahatların həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında, əmək
qanunvericiyinin tələblərinin yerinə yetirilməsində səmərəli fəaliyyət göstərib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli
fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Rus və ingilis dillərini bilir.
Evlidir, 3 övladı var.