İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 

    “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında” və 2006-cı il 6 mart tarixli 62 nömrəli “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində dövlət vəsaiti hesabına saxlanılan, qeyri-kommersiya xüsusi müəssisəsi kimi İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi fəaliyyət göstərir.

    Yardım mərkəzinin məqsədi insan alveri qurbanlarına hüquq və mənafelərinin müdafiəsində, eləcə də tibbi, psixoloji və digər sahələrdə yardım göstərmək, habelə insan alveri qurbanlarının sosial reabilitasiyasına, onların cəmiyyətdə reinteqrasiyasına, normal həyat tərzinə qaytarılmasına köməklik etməkdir. 

    Mərkəz hər bir insan alveri qurbanı üçün qanunvericilikdə müəyyən edilmiş insan və vətəndaş hüquqlarına cavab verən və onun iradəsinə zidd olmayan tədbirlərdən ibarət fərdi sosial reabilitasiya planı tərtib edir və həyata keçirir, insan alveri qurbanlarına hüquqlarının bərpa edilməsi üçün hüquqi yardım göstərir. Eyni zamanda, mərkəz insan alveri qurbanlarına və onlarin ailələrinə alınmış psixoloji travmanın aradan qaldırılması məqsədi ilə psixoloji yardimın göstərilməsini, onların tibbi reabilitasiyasını, yəni pozulmuş, yaxud itirilmiş funksiyalarının bərpasına yönəldilmiş müalicəvi tədbirlərin həyata keçirilməsini, həmçinin peşə hazırlığının, yenidən hazırlığının təşkilini və məşğulluğunu təmin etmək üçün müvafiq işlər görür, insan alveri qurbanlarının yaşayış sahəsi ilə təmin edilməsinə köməklik göstərir.

    İnsan alverinin qurbanı uşaqlar olduqda onlar barədə Yardım Mərkəzi tərəfindən qəyyumluq və himayə orqanına, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya dərhal məlumat verilir.

    Ünvan: Binəqədi rayonu, Səttar Bəhlulzadə, 44