Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə Elanı

İŞ ELANI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluğa Dəstək Layihəsi üzrə
Vəzifə: LİQ Layihə koordinatoru
Layihə/İdarə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Məşğulluğa Dəstək Layihəsi

Layihə İcra Qrupu:

LİQ Dünya Bankının fidusiar və hesabatvermə tələblərinə uyğun olaraq,  satınalmalar, maliyyə idarəetməsi, sosial və ətraf mühitlə bağlı tələblər, eləcə də üç komponentin monitorinqi və onların icrası ilə bağlı mütəmadi hesabatvermə üçün məsul olacaq.

Vəzifə və tapşırıqlar:

•    Layihənin ümumi həyata keçirilməsini, o cümlədən bütün LİQ işçiləri və məsləhətçilərinin əlaqələndirilməsini idarə etmək;
•    Layihə sənədlərinə uyğun olaraq effektiv layihə fəaliyyətlərinin planlaşdırılmasını və həyata keçirilməsini, Bank və müvafiq donorlar, dövlət qurumları və digər maraqlı tərəflərlə əlaqələndirilməsini təmin etmək;
•    Planlaşdırılan aralıq nəticələrə nail olmaq üçün iş planlarına uyğun olaraq Layihə fəaliyyətini təşkil və idarə edilməsi; Nəticələr Çərçivəsi və Monitorinq Göstəricilərinə qarşı layihənin icrasının gedişatını izləmək, qiymətləndirmək və hesabat vermək;
•    Layihə Hesabatlarının (rüblük, illik və s.) vaxtında hazırlanması və təqdim edilməsi və tələb olunan digər hesabatların verilməsi və Layihə məsləhətçilərinin və ya iştirakçılarının hesabatlarının hazırlanması;
•    Dünya Bankının əlaqəli işçiləri və Layihə Rəhbərinə gedişat və görüləcəkişlər barədə mütəmadi olaraq məlumat vermək;
•    Layihənin nəticələrini bütün maraqlı tərəflərə təqdim etmək üçün seminarlar və dəyirmi masaların təşkil edilməsi;
•    Layihəni beynəlxalq, regional və yerli tədbirlərdə təqdim etmək; şəbəkə və əməkdaşlıq imkanlarının inkişafı;
•    Layihənin icra vəziyyəti, problemlər və bunların həlli yolları barədə Dünya Bankı ilə mütəmadi hesabat və əlaqə yaratmaq;
•    Kredit Sazişinə uyğun olaraq layihənin həyata keçirilməsi üçün ayrılmış kredit vəsaitlərinin məqsədli və səmərəli istifadəsinə nəzarət etmək;
•    Maliyyə hesabatlarının vaxtında hazırlanmasını və verilməsini təmin etmək;
•    Layihə risklərini idarə etmək və izləmək;
•    İllik İş Planlarının, habelə rüblük planların hazırlanmasını təmin etmək;
•    Bankın missiyalarının görüşlərinin təşkilində köməklik və iştirak;
•    Layihə üzrə illik auditin aparılması və maliyyə ilinin sonundan 6 ay ərzində hesabat verilməsini təmin etmək;
•    Layihə ilə əlaqəli və dəstəkləyən digər layihələrlə əlaqələndirmək; 
•    Layihə məqsədlərinə nail olmaq üçün ƏƏSMN və digər nazirliklər və onların bölmələri ilə əlaqə və işin təşkili;
•    Müvafiq hallarda ƏƏSMN tərəfindən Müqavilə nəzarəti və monitorinqinin həyata keçirilməsini təmin etmək;
•    İllik planlaşdırma prosesi ilə və ƏƏSMN ilə birlikdə, layihə meyarlarını və irəliləyişlərini nəzərə alaraq, hər hansı bir layihə dəyişikliyi tələblərini planlayaraq həyata keçirmək;
•    LİQ işçiləri və qısamüddətli layihə məsləhətçiləri arasında vəzifə bölgüsü və müvafiq ƏƏSMN işçiləri ilə birgə - keyfiyyətə nəzarət edilməsini və vəzifələrin vaxtında yerinə yetirilməsini təmin edən texniki şərtlərin layihələrini hazırlamaq və təsdiqləmək.


LİQ Layihə Koordinatoru vəzifəsinə uyğun namizəd olmaq üçün minimum tələblər:
•    Azərbaycan vətəndaşı, azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət qurma bacarığı və rus dilində bilik səviyyəsi;
•    İqtisadiyyat, sosial elmlər; biznesin idarə edilməsi; mühəndislik üzrə universitet dərəcəsi; 
•    Ən azı 5 illik layihə idarəetmə təcrübəsi;
•    Böyük layihəni idarə edilməsi üzrə təcrübə və texniki bacarıq; 
•    Yüksək səviyyəli hökumət rəsmiləri, regional / yerli hakimiyyət orqanları, yerli icmalar və QHT-lərlə uğurlu qarşılıqlı əlaqələrin idarəetmə və danışıq bacarıqları;
•    Komanda idarəetmə bacarığı;
•    İnformasiya Texnologiyaları (İT) bacarıqları, xüsusən də MS Office və əsasən İdarəetmə İnformasiya Sistemlərindən (MIS) istifadə təcrübəsi


Məsləhətçi, Dünya Bankı Satınalmalar Qaydalarında göstərilən Fərdi Məsləhətçi seçmə metoduna uyğun olaraq seçiləcəkdir.

Namizədlər tərcümeyi-hallarını aşağıdakı ünvana göndərməlidirlər:

E-mail: ali.burjaliyev@mlspp.gov.az

Müraciətüçün son tarix: Aprel 22, 2020

Qeyd:
•    Göndərilən elektron məktubun başlığında Layihə və iş elanının adı qeyd edilməlidir
•    Ancaq seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır