Mərdəkan Müalicə Pansionatı

Mərdəkan Müalicə Pansionatı

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatı əlillərə və digər imtiyazlı vətəndaşlara dövlət hesabına müalicə xidməti göstərən bir müəssisədir. 

   Pansionat öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya qərərlarını, əmr və sərancamlarını, digər normativ-hüquqi aktları, həmçinin pansionatın Əsasnaməsini rəhbər tutur.
Pansionatda fizioterapevtik müalicə üsulları ilə müalicə xidməti göstərilir. 

   Pansionat müalicə işlərində müasir metodika və texnologiyalardan istifadə edir, öz fəaliyyətinin nəticələrinin ümümiləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi əsasında müalicə metodları hazırlayır və təcrübədə tətbiq edir. Müəssisədə il ərzində müvafiq yollayış əsasında gəlmiş 1000 nəfərdən artıq vətəndaşa müalicə xidməti göstərilir. Pansionata rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən vəzifəyə təyin və azad olunan Baş həkim həyata keçirir.

Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi 9.