Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Bərpa Mərkəzlərində müalicə almaq üçün aşağıdakı sənədlər təqdim olunur:
Şəxsiyyət vəsiqəsi;
Əlillik dərəcəsini təsdiq edən sənəd;
Tibbi-sosial ekspert komissiyasının və ya müalicə müəssisəsinin göndərişi.
Əlil arabası ilə təmin olunmaq üçün Protez-Ortopedik Bərpa Mərkəzinə və ya onun filiallarına aşağıdakı sənədlər təqdim olunur:
Şəxsiyyət vəsiqəsi;
Tibbi-sosial ekspert komissiyasının əlil arabasına aid olan qərarı;
Əlillik dərəcəsini təsdiq edən sənəd.
Eşitmə aparatı ilə təmin olunmaq üçün Protez-Ortopedik Bərpa Mərkəzinə və ya onun filiallarına aşağıdakı sənədlər təqdim olunur:
Şəxsiyyət vəsiqəsi;
Əlillik dərəcəsini təsdiq edən sənəd;
Həkim-surdoloqun rəyi.