Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin:[i]

1.1. I qrup əlillərə - 182 manat;

1.2 II qrup əlillərə - 158 manat;

1.3. III qrup əlillərə - 121 manat.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 sentyabr 2008-ci il

     № 823

 

[i] 28 avqust 2013-cü il tarixli 952 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 895) ilə 1-ci hissəsinin birinci-üçüncü bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I qrup müharibə əlillərinə – 90 manat

II qrup müharibə əlillərinə – 70 manat

III qrup müharibə əlillərinə – 50 manat.

17 mart 2014-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 mart 2014-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 3, maddə 249) ilə 1-ci hissəsinin birinci-üçüncü bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I qrup müharibə əlillərinə - 110 manat

II qrup müharibə əlillərinə - 85 manat

III qrup müharibə əlillərinə - 60 manat

19 yanvar 2016-cı il tarixli 746 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 yanvar 2016-cı il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 68) ilə 1-ci hissəsinin birinci-üçüncü bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I qrup müharibə əlillərinə - 150 manat

II qrup müharibə əlillərinə - 130 manat

III qrup müharibə əlillərinə - 100 manat.

15 may 2018-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 937) ilə 1.1-1.3-cü bəndləri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1. I qrup əlillərə – 165 manat

1.2. II qrup əlillərə – 143 manat

1.3. III qrup əlillərə – 110 manat.