ELAN1:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və xüsusi qayğıya ehtiyacı olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Uşaq Günərzi Qayğı və İcma Əsaslı Reabilitasiya mərkəzlərin xidmətinin göstərilməsi (Ağsu, Qazax, Yardımlı, Neftçala rayonları üzrə)” və “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi” adlı təkrar müsabiqələr keçirir.
Müsabiqələrdə qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.
İştirak haqqı yoxdur.
Maraqlanan təşkilatlar müsabiqələrin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, H. B. Zərdabi pr. 80 ünvanına yazılı müraciət edə bilərlər.
Müsabiqələrdə iştirak edən təşkilatların təklifləri H. B. Zərdabi pr. 80 ünvanına 13 may 2020-ci il saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqələr 14 may 2020-ci il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 434-05-20.
Müsabiqə komissiyası;
ELAN2:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili” adlı təkrar müsabiqə keçirir.
Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.