“Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi...

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Yevlax, Lənkəran, Tovuz, Bərdə, Quba, İsmayıllı, Goranboy, Göygöl,Hacıqabul, Neftçala, Oğuz, Qusar, Salyan,  Şirvan, Tərtər, Ucar, Zərdab, Abşeron, Masallı, Zaqatala, Pirallahı, Gəncə şəhər və rayonları üzrə)”, “Sağlamlıq imkanları məhdud uşaqların (daun sindromlu) sosial reabilitasiyası”,  “Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası” və “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” adlı müsabiqə keçirir.

 Müsabiqədə qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.

 İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, Zərdabi pr.80  ünvanına yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri Zərdabi pr.80 ünvanına 15 aprel 2019-cu  il  saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

 Müsabiqə 16 aprel 2019-cu il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda  keçiriləcəkdir. 

      Əlaqə telefonu: (012) 434-05-20

      Müsabiqə komissiyası